Zelenski İsveçrəyə getdi

  • By ilhame
  • 14 İyun 2024 20:43

Ukrayna Prezidenti Volodimir Zelenski özünün “sülh formulu” ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə gedib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib.

“Qlobal Sülh Sammiti üçün İsveçrəyə gəldim. Qarşıda iki günlük aktiv iş var”, – deyə Ukrayna lideri yazıb.

 

Dövlət başçısının sözlərinə görə, tədbirdə 100-ə yaxın ölkə və beynəlxalq təşkilat iştirak edəcək.

Gununsesi.info