Evdə nəzarətsiz qalan uşaq pəncərədən yıxılıb

Lənkəranda nəzarətsiz qalan körpə evin pəncərəsindən yıxılıb.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, rayonun Siyavar kənd sakini, 2022-ci il təvəllüdlü A.A evin ikinci mərtəbəsində pəncərədən yıxılıb.

 

A.A Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

 

İki yaşlı uşağa ilkin tibbi yardım göstərilib, kompüter tomoqrafiyası müayinəsinə göndərilib.

Gununsesi.info