Azərbaycanın 3×3 basketbol millisi “Clermont-Ferrand” mərhələsinə qələbə ilə başlayıb

  • By ilhame
  • 14 İyun 2024 22:03

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsinə qələbə ilə start verib.

 

Gununsesi.info xəbər verir ki, D qrupunda qərarlaşan millimiz ilk görüşündə Filippin yığması ilə qarşılaşıb və rəqibinə 22:17 hesabı ilə qalib gəlib.

 

Komandamızın qrupda sonuncu oyunu Niderland seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:50-də başlayacaq.

Gununsesi.info