
Bakı Dövlət Universitetində (BDU) bir sıra yeni ixtisaslar açılacaq.
Bu barədə Gununsesi.info-ya BDU-dan məlumat verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ilində BDU-da açılacaq ixtisaslar aşağıdakılardı:
Bakalavriat üzrə:
– ekologiya mühəndisliyi;
Magistratura üzrə:
– korreksiyaedici təlimin metodika və metodologiyası;
– ölkəşünaslıq (Qazaxıstan üzrə);
– ölkəşünaslıq (Özbəkistan üzrə);
– ərzaq məhsullarının ekspertizası və marketinqi;
– şəhər kadastrı;
– akvabitkilər;
– mədəniyyət hüququ.