Bakıda 39 yaşlı kişi qəzada xəsarət aldı

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Dünyamin Əkrəm oğlu Məlikovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.