76 yaşlı kişi intihar edib: Yaxınları onu asılmış vəziyyətdə tapıb

  • By Günel
  • 04 Fevral 2025 19:27

Daşkəsən rayonunda 76 yaşlı kişi intihar edib.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə rayonun Zilvan kəndində baş verib.

1949-cu il təvəllüdlü kənd sakini İsmayılov Zahid Əmir oğlu özünü asaraq intihar edib. Yaxınları onu asılmış vəziyyətdə tapıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma başlayıb.

Gununsesi.info