
“Kəpəz” komandası 3 futbolçu ilə müqavilə bağlayacaq.
Gununsesi.info -ya Gəncə klubunun mətbuat xidmətindən verilən məlumata görə, “sarı-göylər” əvəzedici heyətdə çıxış edən Cavad Kərimov, Ümid Səmədov və Arzuman Atakişiyevlə sözləşmə imzalayacaq.
Klub tərəfindən hər üç futbolçu ilə 3 illik müqavilə bağlamaq nəzərdə tutulub.
Qeyd edək ki, adıçəkilən oyunçular son mövsümü “Kəpəz”in əvəzedici komandasında keçiriblər.
Gununsesi.info