Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazanıb

  • By ilhame
  • 31 İyul 2024 13:17

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.