Ərdoğan Haniyənin qətlə yetirilməsi ilə bağlı paylaşım edib

  • By ilhame
  • 31 İyul 2024 13:47

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə ⁠qarşı Tehranda edilmiş xain sui-qəsdi şiddətlə qınayır və lənətləyirəm”.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında bildirib.

 

“İsmayıl Haniyəyə Allahdan rəhmət, ailəsinə səbr diləyirəm”, – deyə o qeyd edib.

 

Qeyd edək ki, İ.Haniyənin dəfn mərasimi avqustun 1-i baş tutacaq.

Gununsesi.info