
Türkiyə Statistika Təşkilatının (TÜİK) əhali proqnozuna görə, 85 milyon olan Türkiyənin əhalisi 2050-ci ildə 93 milyonu keçdikdən sonra 2100-cü ildə 77 milyona enəcək. 2023-cü ildə 34 olacaq “orta yaş” 2050-ci ildə 44,8, 2100-cü ildə isə 52,2-yə yüksələcək.
Gununsesi.info–nun Türkiyə mətbuatına istinadən xəbərinə görə Türkiyə Statistika Təşkilatı (TÜİK) “Əhali proqnozları, 2023-2100” araşdırmasının nəticələrini açıqlayıb.
Müvafiq olaraq, son illərdə Türkiyənin əhali strukturunda baş verən dəyişikliklərdən və qurumun revizyon siyasətindən irəli gələn ehtiyaclara uyğun olaraq, 2023-cü il üçün Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin nəticələrinə əsasən əhali proqnozları yenilənib.
2050-ci ilə qədər artacaq Demoqrafik göstəricilərdə mövcud quruluşun davam etdiyini fərz edən əsas ssenariyə görə, 2023-cü ildə 85 milyon 372 min 377 nəfər olan Türkiyə əhalisinin, 2030-cu ildə 88 milyon 188 min 221 nəfərə, 2050- ci ildə 93 milyon 774 min 618 nəfərə çatacağı gözlənilir.
Bundan əlavə, Türkiyədə doğuş zamanı gözlənilən ömür uzunluğu artdıqca, əhalinin yaşlanması davam edəcək. Əhalinin yaş strukturunun mühüm göstəricisi olan və 2023-cü ildə 34 olaraq hesablanan orta yaş həddinin 2050-ci ildə 44,8, 2075-ci ildə 51,5, 2100-cü ildə 52,2 olacağı gözlənilir.
Ünvanlı Əhalinin Qeydiyyatı Sisteminin 2023-cü il nəticələrinə əsasən, yaşlı əhalinin ümumi əhalidəki nisbəti ilk dəfə olaraq 10 faizi ötüb.
Əsas ssenari nəzərə alınmaqla, yaşlı əhalinin xüsusi çəkisinin 2050-ci ildə 23,1 faiz, 2075-ci ildə 31,7 faiz, 2100-cü ildə isə 33,6 faiz təşkil edəcəyi gözlənilir.
Günel
Gununsesi.info