İsrail uçuşlarını bağladı

İsrail rəhbərliyi Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə ölkənin şimalını uçuşlara bağlayıb.

Gununsesi.info İsrail mətbuatına istinadən xəbər verir ki, xəbərlərdə, ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin yuxarısında yerləşən Hadera şəhərindən başlayaraq uçuşları bağlanıb.

Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib. İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.

Qeyd edək ki, bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.

 

 

 

Günel

Gununsesi.info