
Fələstinin İslamçı HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə xarici ölkədən atılan raketlə öldürülüb.
Gununsesi.info xəbər verir ki, qətlin yeni təfərrüatlarını “Al Mayadeen” xəbər verir.
Nəşrin məlumatına görə, Haniyənin iqamətgahı hava hücumuna deyil, xarici ölkədən raket hücumuna məruz qalıb.
Bundan əlavə, mənbələr bildiriblər ki, HƏMAS siyasi büro rəhbərinin öldürülməsi “İrana qarşı təcavüz deməkdir və qəti cavab tələb edir”.
İsmayıl Haniyə və onun mühafizəçilərindən biri çərşənbə günü, iyulun 31-də Tehrandakı iqamətgahına hücumdan sonra dünyasını dəyişib.
İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi deyib ki, fələstinlilərin HƏMAS siyasi büro rəhbərinin qətlinin “təqsirkarlarını cəzalandırmaq” hüququ var.
Şəbnəm
Gununsesi.info