
“ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək”.
Gununsesi.info xəbər verir ki, bunu Amerikanın dövlət katibi Antoni Blinken İsmayıl Haniyənin öldürülməsinə münasibətində deyib: “Hələ də atəşkəsə təcili ehtiyac var. Birləşmiş Ştatlar bunun üzərində işləməyə davam edəcək”.
O, həmçinin vurğulayıb ki, Vaşinqton Haniyənin öldürülməsinin Qəzzadakı vəziyyətə təsiri barədə “spekulyasiya etməyəcək”.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə vəfat edib.
Şəbnəm
Gununsesi.info