
HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü deyir.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın dövlət televiziyası xəbər yayıb.
Bildirilir ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına basqın olub.
Basqın nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.
İsrail ordusu CNN-ə bildirib ki, onlar “xarici mediada gedən xəbərlərə cavab vermirlər”.
Gununsesi.info