
Xəbər verdiyimiz kimi, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb.
Gununsesi.info-nun məlumatına görə, “İRNA” Haniyənin son görüntülərini yayıb.
Görüntülərdən onun Pezeşkiana yaxınlaşaraq qucaqlayıb təbrik etməsini görmək mümkündür.
Bundan əlavə, onun ölümündən bir neçə saat əvvəl İranın ali lideri Əli Xamenei və yeni Prezident Məsud Pezeşkianla görüşündən də son fotoları yayımlanıb.
Həmin görüntüləri təqdim edirik: