
“İran HƏMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsinə cavab olaraq İsrailə qarşı xüsusi hərbi əməliyyat keçirməyə hazırlaşır”.
Gununesi.info xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi “X” hesabında məlumat yerləşdirilib.
Qeyd edək ki, Haniyənin ölümündən sonra Tehranda qisas bayrağı qaldırılıb. İranın ali lideri Əli Xamenei isə bu addımın cavabsız qalmayacağını bildirib.
Gununsesi.info