
” İsmayıl Haniyənin ölümünə görə məsuliyyət İsrail və ABŞ-ın üzərinə düşür. Çünki məsələ Vaşinqtonla razılaşdırılıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin hərəkatının Livandakı nümayəndəsi Mahmud Tah RİA Novosti ilə söhbətində bildirib.
Onun sözlərinə görə, İsmayıl Haniyənin ölümü ABŞ-dan “yaşıl işıq” aldıqdan sonra həyata keçirilən “qorxaqlıq” idi.
Mahmud Tah HƏMAS-ın İsrail və ABŞ administrasiyalarını buna görə məsuliyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin reydi nəticəsində öldürülüb.
İranın paytaxtında o, seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.
HƏMAS da bunu təsdiqləyib və “bu hadisənin” baş vermə səbəblərininin araşdırıldığı barədə məlumat verib.
Şəbnəm
Gununsesi.info