
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Gununsesi.info-nun məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.
Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2, (12:21, 14:21).
Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.
Gununsesi.info