
Qırğızıstanda veb-kamera sənayesi rəsmən qadağan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” Telegram kanalı yazır.
Bildirilir ki, veb-kameraların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanunu respublika prezidenti Sadır Cəfərov imzalayıb.
O, veb-kamera studiyalarının təşkili, canlı yayımların asanlaşdırılması və aparılması üçün cəzaları müəyyən edir.
Belə studiyaların təşkilatçıları 100 min somdan 300 min soma cərimə olunacaq və ya yeddi ilədək müddətə azadlıqdan məhrum ediləcək. Veb-kamera ilə məşğul olan qızlar 10 min som cərimələnəcək.
Bundan əvvəl veb-kamera sənayesinin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun Qırğızıstan parlamentinin üzvü Nurlanbek Azyqaliev tərəfindən təklif edilmişdi.
Onun sözlərinə görə, ölkədə “internet vasitəsilə fahişəlik” geniş vüsət alıb, ona görə də mübarizə aparılmalıdır.
Şəbnəm
Gununsesi.info