İranda fövqəladə iclas keçirilir

İranın Ali Milli Təhlükəsizlik Şurası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, iclas ölkənin ali lideri Əli Xameneinin iqamətgahında baş tutur.

Toplantıda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləri iştirak edir.

Qeyd edək ki, İ. Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.

 

 

Gununsesi.info