MSK sədri xaricdəki Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycandan xaricdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-nə qədər ölkəyə gəlməlidirlər.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, prezident seçkilərindən fərqli olaraq parlament seçkiləri dövründə ölkə xaricində seçki məntəqələri təşkil edilmir: “Buna görə də xarici ölkələrdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-də Azərbaycanda olmalıdırlar”.

 

 

Gununsesi.info