
Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcəyinə söz verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Ostin əlavə edib ki, Birləşmiş Ştatlar Tehranda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra gərginliyi azaltmağa çalışır:“Biz bunun genişmiqyaslı davaya çevrilməsi ehtimalından narahatıq. Və döyüşün qaçılmaz olduğunu düşünmürəm”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin müavini Mixail Boqdanov İsmayıl Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırmışdı.
O, baş verənlərin bölgədə daha da gərginləşməsinə səbəb ola biləcəyini təklif edib.
Şəbnəm
Gununsesi.info