Netanyahu Haniyənin ölümü ilə bağlı çıxış etməyi qadağan edib

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi nazirlərə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı çıxış etməyi qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Nazirlərə baş verənlərlə bağlı şərh verməmək tapşırılıb”, – deyə nəşr yazır.

Bundan əlavə, material müəllifləri əlavə ediblər ki, Knesset (İsrail parlamenti) üzvləri də analoji tövsiyə alıblar.

 

 

Günay

Gununsesi.info