
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.
Gununsesi.info-ya bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.