
ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə Demokratlar Partiyasının namizədi, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrisə səs verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Bildirilir ki, əmisi prezident seçkilərində qalib gələrsə, andiçmə mərasimində iştirak edəcək və onu da dəvət edəcək.
Qeyd edək ki, daha əvvəl məlumat verilmişdir ki, Tramp qalib gələrsə, əvvəllər vitse-prezidentliyə mümkün namizədlər hesab edilən senator Mark Rubionu və ya Şimali Dakota qubernatoru Duq Burqumu dövlət katibi təyin etmək istəyir.
Şəbnəm
Gununsesi.info