
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Azərbaycanda son həbslərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Turan-nın Vaşinqton müxbirinin bu barədə sualına ABŞ rəsmisi belə cavab verib:
“Biz diqqətimizi diplomatiyaya yönəltməyə davam edəcəyik. ABŞ-ın başqa üsulları yoxdur”.
Patelin şərhləri Dövlət Departamentinin sözçüsü Metyu Millerin Azərbaycandakı son həbslərlə bağlı narahatlığını ifadə etməsindən bir neçə gün sonraya təsadüf edir, o növbəti dəfə hökuməti tanınmış alim Qubad İbadoğlunu və “haqsız yerə həbs edilən bütün digər şəxsləri” azad etməyə çağırıb.
Gununsesi.info