Britaniya səfirindən Rusiyadakı vəhşiliklərə reaksiya - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Rusiyanın hüquq-mühafizə orqanlarının azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatına dair paylaşım edib.

Gununsesi.info  səfirin “X” hesabındakı paylaşımını təqdim edir.

“Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik”.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Bakupost.az