
Nissan ABŞ-da mühərrik nasazlığına görə 443 mindən çox avtomobili geri çağırıb. Avtomobil nəhəngi avtomobil sahiblərinə zəng edərək nasazlıq barədə məlumat verəcək
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) Nissan-ın ölkədəki 443 899 avtomobili mühərrik nasazlığı riski səbəbilə geri çağırdığını açıqlayıb.
NHTSA tərəfindən dərc edilən geri çağırma hesabatına görə, sözügedən məsələ Nissan Rogue, Altima və Infiniti QX50 və QX55 modellərini əhatə edir. Geri çağırma qərarı bu avtomobillərdə potensial mühərrik nasazlığı aşkar edildikdən sonra qəbul edilib.
Lakin hesabatda mühərrikin nasazlığı ilə bağlı təfərrüatlar verilməyib.
Orxan