
Tanınmış telejurnalist, “Anewz” televiziyasının direktoru Rüfət Həmzəyev “Real TV”nin aparıcısı Vəfa Ağabalayeva ilə ailə həyatı qurub.
Gununsesi.info xəbər verir ki, Vəfa Ağabalayeva bugünkü efirə Həmzəyeva soyadı ilə çıxıb.
Xatırladaq ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb. Vəfa Ağabalayeva da “Real TV”dən öncə AzTV-də işləyib.