ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq edib

  • By ilhame
  • 30 İyul 2024 20:23

ABŞ Maliyyə Nazirliyi İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

 

Gununsesi.info nazirliyin açıqlamasına istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir.

 

“Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar”, – məlumatda deyilir.

 

Sanksiya siyahısına salınması ABŞ-də aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan olunmasını nəzərdə tutur.

Gununsesi.info