“Qarabağ” darmadağınla növbəti mərhələyə keçdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyun başa çatıb.

 

Gununsesi.info  xəbər verir ki, ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu doğma meydanda da sevinən tərəf olub – 5:0.

 

Qolları Olavio Juninyo (3 qol), Yassin Benzia və Leandro Andrade vurublar.

 

“Qarabağ” Çempionlar Liqasının III raundunda “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdən Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.

 

***

21:41

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyunda beşinci qol vurulub.

 

Gununsesi.info xəbər verir ki, görüşün 72-ci dəqiqəsində ağdamlıların heyətində Leandro Andrade fərqlənib.

 

***

21:31

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyunda dördüncü qol vurulub.

 

Gununsesi.info xəbər verir ki, görüşün 66-cı dəqiqəsində Yassin Benzia fərqlənib.

 

**

20:59

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyunda üçüncü qol vurulub.

 

Gununsesi.info xəbər verir ki, görüşün 44-cü dəqiqəsində Olavio Juninyo komandamızın və özünün üçüncü topuna imza atıb.

 

***

20:43

 

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyunda ikinci qol vurulub.

 

Gununsesi.info xəbər verir ki, görüşün 31-ci dəqiqəsində Olavio Juninyo komandamızın və özünün ikinci topuna imza atıb.

 

***

20:21

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyunda hesab açılıb.

 

Gununsesi.info xəbər verir ki, görüşün 17-ci dəqiqəsində Olavio Juninyo komandamızı 1:0 hesabı ilə önə keçirib.

 

Matçı danimarkalı Yakob Sandberq idarə edir.

 

Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.

 

***

20:01

 

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn “Qarabağ” və “Linkoln” (Cəbəllütariq) komandaları arasında oyun başlayıb.

 

Gununsesi.info xəbər verir ki, görüş 20:00-da start götürüb.

 

Matçı danimarkalı Yakob Sandberq idarə edir.

 

Bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.

 

***

19:13

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və “Linkoln” komandalarının start heyətləri açıqlanıb.

 

Gununsesi.info Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

 

“Qarabağ”: 97. Fabiyan Buntiç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Linkoln”: 1. Nauset Santana, 6. Bernardo Lopes, 5. İbrahim Ayev, 8. Yahaya, 11. Culian Valerino, 22. Torilla, 21.Nano, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

 

Baş məşqçi: Xavi Munyos

 

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi ilk görüşdə 2:0 hesabı ilə qalib gəlib.

 

 

 

 

Gununsesi.info