“Neftçi” ukraynalı hücumçunun transferini açıqlayıb

  • By ilhame
  • 30 İyul 2024 20:29

Neftçi” heyətini ukraynalı hücumçu ilə gücləndirib.

 

Gununsesi.info-ya klubdan verilən məlumata görə, “ağ-qaralar” Andrey Ştoqrinlə razılığa gəlib.

 

Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. O, “Neftçi”nin heyətində 88 nömrəli formanı geyinəcək.

Gununsesi.info