UEFA Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” görüşü başlayıb

  • By ilhame
  • 30 İyul 2024 20:16

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

 

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

 

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.

Gununsesi.info