Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb

  • By ilhame
  • 30 İyul 2024 21:52

Kayak və kanoe üzrə Fransa milli komandasının məşqçisi Qiyom Berj Parisdə polisə müqavimət göstərdikdən sonra saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

 

Hadisə ötən gecə baş verib. Belə ki, 33 yaşlı məşqçi 3 polisi vurub. Məşqçi elektroşoker istifadə etdikdən sonra saxlanılıb. O göstərdiyi müqavimətə görə və polisə qəsdən zorakılıq etdiyi üçün polis bölməsinə aparılaraq həbs edilib

 

Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Gununsesi.info