
Hindistanda iki həftə ərzində yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 16-dan çox insan həyatını itirib.
Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, ölkənin şimal-şərqinə təsir edən leysan yağışlar səbəbindən bölgədə 300 mindən çox insan su altında qalan evlərini tərk edib.
Hindistanın səlahiyyətli şəxsləri yağışlardan ən çox zərər çəkən əyalətlərdən biri Assamda xilasetmə işlərində ordunun da iştirak etdiyini bildirib.
Bu çərçivədə Asiyanın ən böyük çaylarından biri olan Brahmaputrada kiçik bir adada 4 gündür qapalı qalan 13 balıqçının hərbi helikopterlə təhlükəsiz bölgəyə yerləşdirildiyi vurğulanıb.
Çanqlanq rayonunda su basmış məktəbdən 70 şagird və müəllim xilas edilib.
Manipur və Meqalaya ştatlarında çoxlu yol və körpülər zədələnib.
Rəsmi məlumatlara görə, may ayının sonundan bəri ölkənin şimal-şərqində 6 ştatda daşqın və torpaq sürüşməsi nəticəsində 80-dən çox insan həlak olub.
Ceyhun
Gununsesi.info