
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifəti kütləvi etirazlara çağırıb
Gununsesi.info xəbər verir ki, Saakaşvili bu barədə feysbuk hesabında paylaşım edib.
“Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcəyik. İtirəcək bir dəqiqəmiz belə yoxdur”, – paylaşımda yazılıb.
Qeyd edək ki, Gürcüstan parlamentinə keçirilən seçkilərin ölkənin ucqar bölgələrində saxtalaşdırılmasına dair faktlar yayılıb.
ATƏT-in Müşahidə Missiyası da seçkinin nəticəsini tənqid edib.
Afət
Gununsesi.info