Gürcüstanda bu ərazilərə xüsusi təyinatlılar yeridildi

  • By Günel
  • 26 Oktyabr 2024 21:06

Gürcüstan Daxili İşlər Nazirliyi parlamentin, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və hökumət binalarının yerləşdiyi əraziyə xüsusi təyinatlıları səfərbər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın TV Pirveli telekanalı məlumat yayıb.

Məlumata görə, parlament qarşısında vəziyyət sakitdir. Həmişə olduğu kimi orada da bir neçə polis dəstəsi növbə çəkir.

Gununsesi.info