Samur-Abşeron kanalından meyit tapıldı

  • By Günel
  • 26 Oktyabr 2024 20:55

Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Suda aşkarlanmış kişi cinsinə məxsus meyitin kimliyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info