Balakəndə 780 ədəd ağac əkilib

  • By Günel
  • 26 Oktyabr 2024 21:27

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində başlanan ağacəkmə aksiyasına balakənlilər də fəal qoşulublar.

Gununsesi.info xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex, Gərəkli və Qullar kəndlərindən keçən hissələrində 780 ədəd həmişəyaşıl şam ağacı əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində 3 min ədəd şam ağacının əkilməsi nəzərdə tutulur.(“Report”)

Gununsesi.info