Sorğu: Gürcüstanın hakim partiyası 56,1 faiz səslə parlament seçkilərində qalib gəlib

  • By Günel
  • 26 Oktyabr 2024 21:00

Gürcüstanın hakim partiyası 56,1 % səslə parlament seçkilərində qalib gəlib.

Gununsesi.info xəbər verir ki, bu, “İmedi” televiziya kanalının sifarişi əsasında GORBI şirkətinin keçirdiyi çıxış sorğusunun nəticələridir.

Sorğunun digər nəticələri belədir: “Dəyişiklik Koalisiyası” – 12,6%, “Milli Hərəkat – Vahidlik” – 11,6%, “Güclü Gürcüstan” – 7%, Gürcüstan üçün Qaxariya – 8,22%. Qalan partiyalar 5 faizlik seçki baryerini keçmir.

Çıxış sorğuları – məntəqədən çıxan seçicilərin rəy sorğusuna əsaslanır, onların hüquqi qüvvəsi yoxdur.

Gununsesi.info