Türkiyə Prezidenti İsraili regional münaqişəyə başlamaqda ittiham edib

  • By Günel
  • 26 Oktyabr 2024 20:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.

“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını yandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, – deyə Ərdoğan qeyd edib.

Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı. (“Report”)

Gununsesi.info