Britaniyalı səyyah: Qarabağda yaradılan infrastruktur bizi valeh etdi

  • By Günel
  • 26 Oktyabr 2024 20:44

“Mən İngiltərədən gəlmişəm. Bu, Azərbaycana ikinci səfərimdir”.

Bunu Gununsesi.info -ya açıqlamasında İngiltərədən olan səyyah Riçard Ellis deyib.

O söyləyib ki, Azərbaycana ilk dəfə həyat yoldaşı ilə ötən il səfər edib:“O zaman biz Bakı və ətraf əraziləri gəzə bildik. Bakı qədim memarlıq ənənələrinə malik olan ecazkar bir şəhərdir. Bakıda “Alov qüllələri”nə, eləcə də Qafqaz dağlarına səfər etdik. Hazırda isə qrupumuzla birlikdə Qarabağdayıq. Bu ərazilərə ilk səfərimdir. Qarabağda ildən-ilə baş verən dəyişiklikləri xəbər proqramlarından izləyirdik. Çox gözəl ölkəniz var. Ötən illər ərzində burada yaradılan infrastruktur bizi valeh etdi. Azərbaycanda çəkilən yolları, yaradılan sistemi, ümumiyyətlə, tətbiq olunan yenilikləri çox bəyəndim”.

Xatırladaq ki, bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. (APA)

Gununsesi.info