Zurabişvili “qələbə” statusu yaydı – Nəticələr məyus etdi

  • By Günel
  • 26 Oktyabr 2024 22:50

Seçkiləri saxtalaşdırmaq cəhdlərinə və diaspor səslərinin azlığına baxmayaraq, Avropa Gürcüstanı 52% səslə qalib gəlir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “X” səhifəsində yazıb.

“Gürcüstan demokratiya, avropalıq və yetkinlik nümayiş etdirdi… Mən fəxr edirəm və Avropa gələcəyimizə əminəm!” – o bildirib.

Qeyd edək ki, artıq MSK-nın rəsmi nəticələri elan edilir. Hazırda bülletenlərin 69,94%-nin sayılmasından sonra hakim Gürcü Arzusu 52,98%-lə liderdir.

Zurabişvilinin qalib saydığı Avropa Gürcüstanının da daxil olduğu Birlik – Milli Hərəkat koalisiyası 9,08 faizlə Dəyişiklik üçün Koalisiyaya (11,99%) belə uduzur.

Gununsesi.info