İmişlidə baş vermiş qəzada sürücü ölüb

  • By Günel
  • 26 Oktyabr 2024 23:41

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə İmişli rayonunun Xubyarlı kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik avtomobili “MAN” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü; İmişli sakini, 1970-ci il təvəllüdlü Ağayev Cabbar Əlibala oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info