Ağdamda yaşayış evi yandı

  • By Günel
  • 26 Oktyabr 2024 20:08

Ağdam rayonunun Xındırıstan kəndində məcburi köçkün ailəsinin məskunlaşdığı evdə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, Novruz Həmzəyevin ailəsinin yaşadığı altıotaqlı ev yanıb. Hadisə yerinə Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq tikili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info