Sumqayıtda mənzildə yanğın baş verib

  • By Günel
  • 11 İyul 2025 23:32

Sumqayıtda mənzildə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, 1955-ci il təvəllüdlü Hüseynov Rəfael Əli oğluna məxsus, 45-ci məhəllə, ev 3/52, mənzil 51 ünvanında yanğın qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, alovun qarşısı vaxtında alınıb.

Hadisənin səbəbləri araşdırılır.(“Report”)

Gununsesi.info