Sumqayıtda qayınatasını öldürməkdə şübhəli bilinən kürəkən saxlanıldı

  • By Günel
  • 12 İyul 2025 08:09

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, 1970-ci il təvəllüdlü Arif Bağıyevi küçədə bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb.

Qeyd edək ki, N.Mərdanov A.Bağıyevin qızının həyat yoldaşıdır. Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Gununsesi.info məlumat verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə qızının həyat yoldaşı – Nurulla Mərdanov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.(“Report”)

Gununsesi.info