Yaşlı kişi evində yıxılaraq öldü

  • By Günel
  • 11 İyul 2025 22:16

Samuxda 66 yaşlı kişi yıxılaraq dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sərkar kəndində baş verib. Kənd sakini 1959-cu il təvəllüdlü G.Yadigarov yaşadığı evdə yıxılaraq xəsarət alıb. Yaşlı kişi yerindəcə ölüb. İlkin məlumata görə, hadisə vaxtı yaşlı kişi yaşadığı evə tək olub. Onun səhhətində problem olduğu deyilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Gununsesi.info