Beyləqanda kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı

  • By Günel
  • 11 İyul 2025 21:02

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyev vəzifəsindən azad olunub.

Gununsesi.info xəbər verir ki, o, xidməti kabinetində qadına qarşı nalayiq hərəkətlər etdiyinə görə cəzalandırılıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılandan sonra xəstəxana rəhbərliyi şöbə müdirini işdən uzaqlaşdırıb.

Hazırda videonun hansı şəraitdə və kimin çəkdiyi araşdırılır.

Gununsesi.info