CHP lideri Özgür Özeldən açıqlama - FOTO

  • By Günel
  • 11 İyul 2025 19:33

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel X platformasında terror təşkilatı PKK-nın silahı buraxması ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Özgür Özel PKK-nın tərksilah edilməsi barədə qərarını dəstəklədiyini bəyan edib:

“Ölkəmizə çox böyük fəlakətlər yaşadan terrorun əbədi olaraq sona çatması ortaq iradəmizdir. Terror təşkilatının bugünkü simvolik silah buraxma addımını məmnuniyyətlə qarşılayırıq”,- deyə o, bildirib.

Gununsesi.info həmin paylaşımı sizlərə təqdim edir: